TQDK tələbə qəbulu qaydalarına dəyiziklik edib

img

12-10-2009 [12:06]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə tələbə qəbulu qaydalarına dəyişiklik edib. Dəyişikliklərdən biri abituriyentlərin xarici dil seçimi ilə bağlıdır. Bundan əlavə bəzi ixtisaslarda xarici dil fənləri üzrə nisbi bal məhdudiyyətinin tətbiq dairəsinin genişləndirilməsini nəzərdə tutur. TQDK-dan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, 2010-2011-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında xarici dil fənni kimi I və II ixtisas qruplarında ingilis, alman, fransız , rus, III ixtisas qrupunda isə ingilis, alman, fransız, rus, ərəb və fars dilləri nəzərdə tutulub. I, II və III ixtisas qruplarında bütün xarici dil fənləri üzrə nisbi bal məhdudiyyəti tətbiq ediləcək. Xatırladaq ki, bu günə kimi II və III ixtisas qruplarında imtahan verən abituriyentlərə xarici dil kimi rus dilini seçmək hüququ verilmirdi. Lakin növbəti qəbul imtahanlarında həmin qruplar üzrə ixtisaslara sənəd verən abituriyentlər xarici dil kimi rus dilini də seçə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA