Yağlı yeməklər zehni gücləndirir

img

12-10-2009 [11:50]


ABŞ-da aparılan araşdırmalar yağlı yeməklərin zehni açdığı və refleksləri gücləndirdiyi faktını ortaya qoyub. Almaniyanın ?Bild? qəzetinin dərc etdiyi xəbərə görə, ABŞ Silahlı Qüvvələrinin apardığı araşdırmada adı pis hallanan yağlı yeməklərin, xüsusilə refleksləri gücləndirdiyi sübut edilib. Cənubi Dakota Universitetinin alimlərinin gənc tələbə pilotlar üzərində apardıqları araşdırmalar hamını təəccübləndirib. Belə ki, yağlı yeməklər yeyən pilotların təkcə keçirilən psixoloji testlərdə deyil, eyni zamanda çətin uçuş anlarında belə daha az xətaya yol verdikləri məlum olub. Təcrübələr zamanı karbohidratlı yeməklərlə qidalanan pilotlar ikinci, protein qəbul edən pilotlar isə sonuncu olublar. Azerimuslims

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA