Xələf Xələfov Koreyada ikitərəfli münasibətlərlə bağlı görüzlər keçirib

img

10-10-2009 [01:51]


6 oktyabr 2009-cu il tarixində Koreya Respublikasının paytaxtı Seul şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Koreya Respublikası Xarici İşlər və Ticarət Nazirliyi arasında siyasi məsləhətləşmələr üzrə ikinci iclas keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə XİN mətbuat xidmətindən məlumat daxil olub. Məlumata görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri AR xarici işlər nazirinin müavini Xələf Xələfov siyasi məsləhətləşmələr çərçivəsində Koreya Respublikasının xarici işlər və ticarət nazirinin birinci müavini Kvon Conq-rak və xarici işlər və ticarət nazirinin müavini Li Yonq Jun ilə görüşmüşüb. Həmçinin, AR xarici işlər nazirinin müavini Xələf Xələfov 7 oktyabr 2009-cu il tarixində Koreya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Suh Byonq-su və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) prezidenti Park De Vonla görüşmüşüb. Azərbaycanın Koreyadakı səfiri Rövşən Cəmşidov və Koreyanın Azərbaycana yeni təyin etdiyi səfiri Li Ci-hanın da iştirak etdiyi siyasi məsləhətləşmələrdə siyasi məsələlər üzrə iki ölkə arasında əməkdaşlıq müzakirə olunaraq, yüksək səviyyəli rəsmi səfərlər mübadiləsi və ikitərəfli, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığa dair fikir mübadiləsi həyata keçirilib. Eyni zamanda, məsləhətləşmələrdə iqtisadi məsələlər üzrə ikitərəfli əməkdaşlığa toxunularaq, hazırkı münasibətlərin səviyyəsi qiymətləndirilmiş, iki ölkə arasında enerji, təbii ehtiyatlar, informasiya texnologiyaları, tikinti, nəqliyyat, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Elm, təhsil və mədəniyyət məsələləri üzrə iki ölkə arasında əməkdaşlıq perspektivlərinin də müzakirə olunduğu məsləhətləşmələrdə bu istiqamətdə lazımı addımların atılmasının zəruriliyi vurğulanıb. Həmçinin, hər iki ölkənin yerləşdiyi regionlar üzrə müzakirələr aparılaraq, regional və qlobal təhlükəsizliyin təmin edilməsində beynəlxalq ictimaiyyətin ədalətli mövqe nümayiş etdirməkdə qətiyyətli olmasının zəruriliyi vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA