Oqtay Əsədov Belarusa rəsmi səfərə gedəcək

img

10-10-2009 [01:42]


Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 12-13-də Belarus Respublikasında rəsmi səfərdə olacaq. Milli Məclisdən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Nizami Xudiyev, Ərəstun Cavadov və digər rəsmi şəxslər daxildirlər. Səfər zamanı Milli Məclis sədrinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşü nəzərdə tutulub. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq. Parlament nümayəndə heyətinin üzvləri Belarus Milli Məclisinin Nümayəndələr Palatasında və Respublika Şurasında olacaq, ölkənin qanunvericilik orqanının fəaliyyəti ilə maraqlanacaqlar. Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko və Milli Məclisin Respublika Şurasının sədri Boris Batura ilə keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi barədə müzakirələr aparılacaq. Səfər zamanı Belarusun qanunvericilik orqanı və Azərbaycan Milli Məclisi arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA