Dövlət Neft Fondunun təzkilatçılığı ilə Suveren Fondların Beynəlxalq Forumunun ilk iclası keçirilib

img

09-10-2009 [08:36]


Bu gün ?Hyatt-Regency? hotelində Azərbaycan Dövlət Neft Fondunun təşkilatçılığı ilə ilə Suveren Fondların Beynəlxalq Forumunun ilk iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, dünyanın 20-dən artıq Suveren ölkəsinin Fondlarının yüksək səviyyəli nümayəndələrinin iclasında qlobal iqtisadi və maliyyə bazarlarındakı inkişaf və forumun gələcək fəaliyyətini müəyyənləşdirmək üçün iş planı müzakirə edilib. İclasla bağlı məlumat verən Avstraliyanın suveren fondunun nümayəndəsi David Murreyin sözlərinə görə, iclasda ümumi maraq kəsb edən məsələlər müzakirə edilib. Onların arasında böhrandan irəli gələn problemlər və onun birbaşa olaraq təsisat investisiyaları baxımından fəsadlarını müzakirə etdik: ?Əslində, biz burada Kuveytdə müəyyənləşdirdiyimiz istiqamətlər üzrə irəliləyiş səviyyəsində təhlil etdik. Həmçinin burada maliyyə böhranından özümüz üçün çıxartdığımız bir sıra ibrət dərslərini də təhlil etdik. Beləki, Severen Fondların böhran zamanı onların fəaliyyəti, nəticələri müzakirəyə çıxarıldı. Bizim təsdiq etdiyimiz Santiyaqo prinsipləri və keçən il Beynəlxalq Valyuta Fondu tərəfindən də irəli sürülən prinsiplər haqda məlumatlarda əldə etmiş olduq. Biz burada bu konteksdən çıxış edərək çoxtərəfli şəkildə bir sıra işləri, cəhdləri və öhdəlikləri də müəyyənləşdirdik. O öhdəliklər ki, investisiya qəbul edən ölkələrin sərhədlərinin açıq olmasını təmin etmiş olsun?. D.Murrey Bakı bəyannaməsini də nəzərə çatdırıb. Onun sözlərinə görə, əsas məqsədləri ölkələrdə investisiya rejiminin daha açıq və şəffaf olmasına şərait yaratmaq və həmçinin də ayrıseçkiliyin aradan qaldırmaqdır: ?Üzvlərmizi arasında potenisal səviyyələrinin gücləndirilməsi yolunda müəyyən işlər görəcəyik. Bizim üçün ilk dəfə olaraq Bakıya təşrif buyurmaq böyük fəxdir?. Qeyd edək ki, Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasda yaradılıb. Suveren Fondların Beynəlxalq Forumu könüllü qrup olub, suveren fondların, ümumi marağına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santiaqo prinsiplərini rəhbər tutaraq suveren fondların fəaliyyətlərinin inkişaf etdirilməsinə kömək etmək məqsədilə yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA