Quz qripinə qarzı növbəti monitorinq keçiriləcək

img

09-10-2009 [04:22]


?Noyabrdan başlayaraq başlayaraq respublika ərazisində quş qripinə qarşı növbəti monitorinqə start verilə bilər. Monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı əraziləri əhatə edəcək?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Kənd Təəsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Y.Xanvəlinin sözlərinə görə, monitorinq çərçivəsində ölkənin əksər ərazilərini əhatə edəcək: ?Bu müddətdə Səlyan, Dəvəçi, Lənkəran və Ağcabədidəki qoruqlarda quşlardan nümunələr götürüləcək. Eyni zamanda quşçuluq təsərrüfatları və ev quşlarından da müayinələr götürülərək yoxlanılacaq. Ev quşları ilə bağlı monitorinqlər isə bütün ölkə ərazisini əhatə edəcək. Monitorinqlər profilaktiki xarakter daşıyacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA