izgəncə verilmiz məhbuslar hüquq müdafiəçilərinə müraciət etmirlər

img

09-10-2009 [03:20]


?Həbsxanalarda işgəncə və təzyiq halları mövcuddur?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, belə halların olmasına baxmayaraq, məhbuslar onlara şikayət etməyə çəkinirlər: ?Təcridxanalarda həqiqətən də xoşagəlməz hallar baş verir. Biz mütəmadi olaraq müxtəlif həbsxanalarda monitorinqlər aparıb, oradakı vəziyyətlə tanış oluruq. Hər zaman məhbuslara müraciət edirik ki, bizə bütün faktları açıqlasınlar. Amma demək olar ki, heç bir məhbus bizə məlumat vermək istəmir. Hətta onlarla ayrı-ayrılıqda görüşüb deyirik ki, məlumatlar anonim saxlanılacaq, bizə bu məlumatları kimin verməsi bilinməyəcək. Bu yaxınlarda bir məhbusun vlideynləri bizə müraciət etmişdi. Məhbusun özü də bizə məktub yazmışdı. Biz həmin məktubu Ədliyyə Nazirliynə vermişik və nazirliyin həmin problemi həll edəcəyinə ümid bəsləyirik?. N.Cəfəroğlunun sözlərinə görə, digərləri ilə müqayisədə qadın koloniyalarında vəziyyət qənaətbəxşdir: ?Hesab edirəm ki, işgəncə və təzyiq hallarına qadın koloniyalarında daha az təsadüf edilir. Bir dəfə qadın koloniyalarının birindən bizə şikayət daxil olmuşdu. Orada bir insident yaranmışdı ki, biz həmin məsələni həll etdik. Ümumilikdə isə bizə demək olar ki, qadın koloniyalarından şikayətlər daxil olmur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA