Təhsil nazirinin müavini universitetlərimizdən hansınınsa reytinq cədvəlinə düzəcəyinə inanır

img

09-10-2009 [02:00]


?Dünyanın ən güclü 100 universiteti sırasına daxil olmaq uzunmüddətli prosesdir. Heç də bütün dünya ölkələrinin universitetləri bu reytinqdə yer tuta bilmir. Təsəvvür edin ki, Rusiya, Türkiyə və digər ölkələrin universitetləri hələ də bu reytinqə düşə bilməyiblər. Azərbaycan universitetləri isə hazırda reytinq cədvəlləri ilə tanış olur. Çalışırıq ki, bu sıralamada bizim də universitetimiz olsun?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə təhsil nazirinin müavini Elmar Qasımov Azərbaycanın dünyanın güclü universitetləri sırasına daxil ola bilməməsinə münasibət bildirərkən deyib: ?Bu təkcə təhsil prosesi deyil, milli prosesdir. Hər bir millət istəyərdi ki, onun universiteti həmin reytinq cədvəlində qərarlaşsın. Təbii ki, hökumətin siyasəti nəticəsində gələcəkdə bizim universitetlərdən də hər hansı biri həmin yüksək nəticə göstərmişlərin reytinq cədvəlində olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA