Avropa Şurası Gənclərlə iz üzrə Birləzmiz Şuranın iclasında Azərbaycan gənclər sahəsində nümunəvi ölkə seçildi

img

09-10-2009 [12:18]


5-8 oktyabr 2009-cu il tarixində Budapeştdə Avropa Şurası Gənclərlə İş üzrə Birləşmiş Şuranın iclası keçirilib. İclasda gənclər sahəsində müzakirə edilən bir neçə məsələlərlə yanaşı, Avropa Şurasına üzv dövlətlərdə gənclər siyasətinin mahiyyəti, nailiyyətləri və gənclər təşkilatlarına verilən imkanlar haqda müzakirələr aparılmışdır. Azərbaycanı bu iclasda Gənclər və İdman Nazirlyinin gənclərlə iş şöbəsinin müdiri, Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsinin üzvü Fərhad Hacıyev təmsil edib. Müzakirələr zamanı gənclər təşkilatları ilə əməkdaşlığın qurulması, yeni layihələrin dəstəklənməsi və beynəlxalq qurumlarla əməkdaşlığa dəstək baxımından Azərbaycan bir sıra ölkələrin nümayəndələri tərəfindən nümunəvi ölkə elan edilmişdir. Qeyd edək ki, Azərbaycan 1997-ci ildən Avropa Mədəniyyətlər Konvensiyasına imza atıb. Məhz həmin ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyi gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev komitənin iclaslarında mütəmadi iştirak edib. Bununla yanaşı GİN Avropa Şurasına Gənclərlə İş üzrə Hökumətlərarası daimi komitəsinin nümayəndəsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA