Bakı Apellyasiya Məhkəməsi iki jurnalistə həbs cəzası verdi

img

08-10-2009 [07:29]


Bu gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ?Nota? qəzetinin baş redaktoru Sərdar Əlibəyli və qəzetin əməkdaşı Fərəməz Allahverdiyev 3 ay müddətinə azadlıdan məhrum etmə cəzasına məhkum olunublar. Media Hüququ İnstitutundan ?Media forum? saytına verilən məlumata görə, S.Əlibəyli və F.Allahverdiyev ictimai birlik rəhbəri Təhmasib Novruzov barəsində yazdıqları məqalələrə görə məhkəməyə verilmişdilər. İyul ayında Nizami Rayon Məhkəməsi S.Əlibəylini təhqirdə (Cinayət Məcəlləsi, maddə 148), F.Allahverdiyevi isə ağır cinayət törədilməsi ilə bağlı böhtan atmaqda suçlu bilərək 3 aylığa azadlıqdan məhrum etmiş, cəzanın icrası təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə baxışadək təxirə salınmışdı. Məhkəmə S.Əlibəyli və F.Allahverdiyevlə birgə ?Nota? qəzetinin digər əməkdaşı Ramiz Tağıyevi də 6 ay müddətinə islah işlərinə cəlb etmişdi. Oktyabrın 8-də Bakı Apellyasiya Məhkəməsi jurnalistlərin şikayətinə baxıb və onu rədd edib. Nəticədə S.Əlibəyli və F.Allahverdiyev məhkəmə zalında həbs olunaraq saxlanma təcridxanasına aparılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA