QHT Şurasına qarzı daha bir məhkəmə prosesi bazlayır

img

08-10-2009 [05:05]


13 oktyabrda Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə ?Müharibədən zərərçəkən Nəqliyyat İşçiləri? İctimai Birliyinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə prosesi keçiriləcək. ?Müharibədən zərərçəkən Nəqliyyat İşçiləri? İctimai Birliyinin sədri Xədicə Babayeva Müstəqil İnformasiya Agentliyinə məlumat verib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasına qarşı qaldırdığı iddia ilə bağlı iş Yasamal rayon Məhkəməsinin hakimi Tahir İsmayılov tərəfindən rədd edildiyi üçün Apellyasiya Məhkəməsinə müraciət ediblər: ?Bizim Dövlət Dəstəyi Şurasına təqdim etdiyimiz layihənin mövzusu müharibədən zərərçəkən, məcburi köçkün, əlil və şəhid ailələrinin təhsil hüquqları və prespektivləri ilə bağlı idi. Layihənin ümumi dəyəri 19.829 manat olduğu halda, Dövlət Dəstəyi Şurası bizə cəmi 4.660 manat pul verdi. Lakin bu pulla layihəni istənilən səviyyədə həyata keçirmək qeyri-mümkündür?. X.Babayevanın sözlərinə görə, Dövlət Dəstəyi Şurası layihənin qiymətləndirilməsində şəffaflıq və obyektivlik prinsiplərini pozub: ?Əgər bu dəfə də bizim işimizə düzgün baxmasalar, Ali Məhkəməyə müraciət edəcəyik. Bundan sonra isə Avropa Məhkəməsinə müraciət etmək fikrindəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA