Hüquqları məmurlar tərəfindən pozulan vətəndazlar üçün qaynar xətt fəaliyyət göstərir

img

08-10-2009 [03:02]


Bu gün İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun ?Qaynar xətt? və ?Hüquqi Məsləhət Mərkəzi? xidmətlərinin yeni layihəsinin təqdimatı və BİQ ekspertlərinin hazırladıqları ?İctimai nəzarət Komitəsi haqqında? qanun layihəsinin müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri ?İnsan hüquqlarına dair beynəlxalq standartların təsbiti üzrə Birgə İşçi Qrupunun rəhbəri Kamil Səlimov açıq elan edib. Kamil Səlimov bildirib ki, nəzarət instansiya orqanlarının qanun pozuntusu aşkar etməsi və məmurları intizam tədbirləri məsuliyyətinə cəlb etməsi bəzən çox uzun zaman ötükdən sonra baş verir. Lakin bu faktlara az təsadüf olunur və çox vaxt lazımı effekt vermir: ?Mətbuatda qanun pozuntuları ilə bağlı dərc edilən məlumatların analizi göstərir ki, kənara çıxmaların üstünlük təşkil etməsi vəzifəli şəxslərin öz vəzifələrinə səhlənkarlıqla, süründürməçilik və bürokratik formada yanaşmaları ilə bağlıdır. ?Qaynar xətt? xidməti regionlarda yaşayan aztəminatlı əhalinin hüquqlarının müdafiəsi və onları pulsuz və keyfiyyətli hüquqi məsləhətlə təmin etmək üçün Azərbaycan Respublikasında yerli QHT olaraq ilk dəfə regionlarda yaşayan əhalinin heç bir ödəniş etmədən zəng edə biləcəyi xidməti nəzərdə tutaraq yeni layihənin icrasına başlayıb. Regionlardan heç bir ödəniş etmədən zəng edə bilərsiniz. Əgər sizin hüquqlarınız pozulubsa, 088 408-30-17, hüquqi məsləhət almaq üçün isə 088 408-30-27. Belə ki, statistikaya görə daxil olmuş müraciətlərin 75%, Bakı şəhərindən 25%-i isə regionlardandır. Bakı şəhərindən isə hüquqlarınız pozulması ilə bağlı (012) 408-30-17, hüquqi məsləhət almaq üçün (012) 408-30-27 zəng edə bilərsiniz?. Sonra çıxış edən İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun ?Qaynar xətt? xidmətinin rəhbəri Şahin Camalov görülən işlərdən danışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA