Bakıda bir sıra restoran və kafelər gigiyenik qaydaları pozduğuna görə cərimələnib

img

08-10-2009 [02:44]


İctimai iaşə müəssisələrində aparılan monitorinqlər zamanı məşhur şadlıq evləri cərimə olunub, 1 müəssisənin isə fəaliyyətinin dayandırılması barədə qərar çıxarılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, son iki gün ərzində 35-ə yaxın ictimai iaşə müəssisəsinin cərimə olunması barədə protokol tərtib olunub: ?6 oktyabr tarixində Yasamal rayon Gigiyena və Epidimiologiya Mərkəzi tərəfindən ?Şahdağ? və ?Badi Səba? şadlıq evləri yoxlanılaraq cərimə olunub. Səbail rayonunda yerləşən fiziki şəxs Xeyrullazadəyə məxsus ?Papa? kafesinin fəaliyyətinin dayandırılması haqda qərar qəbul olunub. Həmin rayonda ?İzmir? restoranı cərimə olunub. Nərimanov rayonunda fiziki şəxs A.Əliyevə məxsus fərdi kafenin cərimə olunması barədə protokol tərtib edilib. Nəsimi rayonunda ?Trabzon? kafesinə, ?Topqapı? restoranına cərimə tətbiq olunub. Binəqədi rayonunda ?Azərbaycan xörəkləri? kafesinin sahibkarına cərimə sanksiyası kəsilib. Sabunçu rayonunda Axundov küçəsi 17-də yerləşən kafe, dəmiryolu ətrafında yerələşən kafe cərimələnib. Əzizbəyov rayonunda Cabbarova məxsus kafenin sahibkarı, fiziki şəxs Davudova məxsus ?Ehtiram? kafesi cərimələnib. Xətai rayonu üzrə fiziki şəxs Əmiraslanova məxsus ?Bakı? restoranı, maşın bazarının ətrafında fiziki şəxs Məmmədova məxsus kafeyə, ATS-in nəzdində yerələşən yeməkxana barədə cərimə protokolu tərtib olunub. Suraxanı rayonu üzrə Fərzəliyevə məxsus kafedə müayinə aparılıb və barəsində cərimə tətbiq edilib?. İ.Abdullayev deyib ki, 7 oktyabr tarixində aparılan monitorinqlər zamanı 20-yə yaxın kafe və restoranlarda müxtəlif nöqsanlar aşkarlanıb: ?Yasamal rayonu üzrə Xəlilov küçəsi fiziki şəxs Orucova məxsus kafedə və Müşfiq küçəsi 12-də fiziki şəxs L.Dəmirə məxsus, Səbail rayonunda ?Soltan2? restoranında və İsmayılov küçəsi ilə A.Abbasov küçəsinin kəsişməsində yerləşən kafelərdə müayinə aparılıb və sahibləri cərimələnib. Xətai rayonunda ?Kafe33?, ?Həkəri? şadlıq evi cərimələnib. Suraxanı rayon Bülbülə qəsəbəsi 207 ünvanında yerləşən kafe, Günəşli yaşayış massivində yerləşən ?Göyçay? kafesinin sahibkarına cərimə protokolu tətbiq olunub. Binəqədi rayonu ?Qərənfil? kafesi və digər kafenin sahibkarı fiziki şəxs Məmmədova cərimə protokolları tətbiq olunub. Nərimanov rayonunda ?Ağdərə? qəyanaltısına inzibati qaydada protokol tətbiq edilib. Qaradağ rayon Lökbatan qəsəbəsində fiziki şəxs Əliyevə protokol tərtib edilib və cərimə olunması haqda qərar çıxarılıb. Sabunçu rayonu Maştağa qəsəbəsi Zabrat yolunda bağ sahəsində yerləşən kafedə, Bakıxanov qəsəbəsi Gənclik küçəsi 145 ?li kafedə və Zabrat qəsəbəsi Babək küçəsindəki kafelərdə yoxlamalar aparılaraq sahibkarları cərimə olunub. Əzizbəyov rayonunda ?Panorama kafesinin sahibkarı cərimələnib. Nizami rayonunda fiziki şəxs Allahverənova və ?Atilla? kafesinin sahibi Həsənova cərimə sanksiyası tətbiq olunması barədə qərar çıxarılıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA