Rusiya Qarabağ probleminin həllində Ermənistana təzyiqlərini davam etdirir

img

07-10-2009 [05:46]


?Azərbaycan və Ermənistan prezidentlərinin 8 oktyabrda keçiriləcək Kişniyov görüşündən Dağlıq Qarabağ danışıqları ilə bağlı yazılı bir şey gözləməsəm də, müəyyən razılığa gəlinməsi mümkündür?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə politoloq İlqar Məmmədov prezidentlərin növbəti görüşünə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ danışıqlarının uğurlu ssenari ilə getməsində maraqlı deyil: ?Heç vaxt yadımızdan çıxarmayaq ki, danışıqlar Rusiyanın mövqeyindən asılıdır. Rəsmi Moskvanın razılığı olmadan, prezidentlər arasında heç bir razılıq əldə edilməyəcək. Prezidentlərin Kişniyov görüşündə bu məsələ ətrafında yalnız şifahi razılıq eldə edilə bilər?. Politoloq onu da bildirib ki, hazırda Ermənistanın iqtisadi durumu olduqca ağırdır: ?Rusiyanın bu məsələyə təzyiqi olmasaydı, Qarabağ məsələsi ilə bağlı rəsmi İrəvan çoxdan razılıq vermişdi. Təzyiqlər olduğu üçün, Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir. Ermənistan hazırda Rusiyanın təsir dairəsindən çıxmaq üçün müəyyən yollar axtarır. Nədənsə bu məsələdə ancaq Ermənistanı qınaq obyektinə çeviririk. Ancaq bu məsələnin yolunu bağlayan əsas dövlət Rusiyadır. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsini Azərbaycan-Ermənistan qarşıdurması deyil, Azərbaycan-Rusiya qarşıdurması kimi qiymətləndirmək lazımdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA