Müsabiqə qaliblərinin adları açıqlandı

img

07-10-2009 [05:43]


Bu gün Media Mərkəzində ?SOS Uşaq Kəndləri - Azərbaycan? Assosiasiyası və Azərbaycanın Gənclər və İdman Nazirliyinin jurnalistlər arasında ?Uşaq evindən sonra? mövzusunda keçirdiyi müsabiqənin başa çatması və qaliblərə mükafatların verilməsi ilə əlaqədar tədbir keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri İlhamiyyə Rzayeva açaraq, uşaq evlərini, internatları, alternativ qayğını tərk etməkdə olan və tərk etmiş gənclərlə bağlı kampaniya çərçivəsində keçirilən bu müsabiqədə uşaq evləri, internatlar və gidər alternativ qayğıda yaşayan və bunları tərk etməyə hazırlaşan gənclərin müstəqil həyata hazırlanması, onların təhsil, iş, mənzil hüquqları və digər güzəştlərdən faydalanma imkanları, cəmiyyətə inteqrasiyası, alternativ qayğı və uşaq evlərindən sonra yarana biləcək problemlərinin həlli, həll olunmadıqda isə bunun cəmiyyət üçün təhlükələri barədə yazılmış, mətbuatda dərc olunmuş, radio və televiziyalarda yayımlanmış, həmçinin tanınan İnternet resursda yerləşdirilmiş araşdırma xarakterli işlərin qəbul edilməsi barədə məlumat verib. Onun sözlərinə görə, nəticələrə əsasən, qəzet və İnternet resurslarında işıq üzü görmüş yazılar nominasiyasında qaliblər bunlardır: 1-ci yer ?Euroxəbər? qəzetindən Novruz Novruzov - ?Yadlar gəlir doğma olur?, 2-ci yer ?Palitra? qəzetindən İlkin Ağayev - ?İncinin arzuları?, 3-cü yer ?Azadlıq? qəzetindən Arzu Abdulla - ?Ancaq qardaşımı görmək istəyirəm?. Qeyd edək ki, müsabiqədə hər iki nominasiya üzrə birinci yerlərin mükafatı ?BESTAR? Turizm Şirkəti tərəfindən təqdim edilir. Bu, Türkiyənin İstanbul şəhərinə səfər və ya onun ekvivalenti olan 500 (AZN) məbləğində puldur. Həmin nominasiyadan həvəsləndirici mükafat (100 AZN) aşağıdakı müəlliflərə verilib: ?Bizim Yol? qəzetindən Aynur Elgünəş -?Sığınacaqdan qovulanlar?, ?Üç Nöqtə? qəzetindən Xalid Vahidoğlu - ?Gələcəyi risk altında olan günahsızlar?, ?Olaylar? qəzetindən Ülviyyə Telmanqızı - ?İnternat məktəbi, yoxsa işgəncə yuvası?. Audio-vizual araşdırmalar nominasiyasının qalibləri: 1-ci yer ?Xəzər TV?-dən Vüqar Babayev, 2-ci yer ?İctimai? radiodan Qabil Babayev, 3-cü yer ?Azadlıq? radiosundan Ülviyyə Əsədzadədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA