Nuzirəvan Məhərrəmli televiziyalardakı vəziyyətdən narazıdır

img

07-10-2009 [03:11]


?Milli Televiziya və Radio Şurası Ramiz Mehdiyevin məqaləsini alqışlayır. MTRŞ tənzimləyici qurum kimi televiziyalar üzərində nəzarəti artırmalı???. Televiziyaya təkcə biznes kimi baxmaq lazım deyil. O, həm də maarifləndirici əhəmiyyətə malikdir?. Bu sözləri MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, MTRŞ televiziyaların kadr, maliyyə, yaradıcı siyasətinə qarışa bilməz. Bu istiqamətdə ancaq tövsiyə verə bilər. ?Televiziyalar milli mənəvi dəyərlərin qorunmasında böyük əhəmiyyətə malikdir. Azərbaycan ictimaiyyəti kanallarda şou-biznes verilişlərinin baş alıb getməsindən narahatdır. Ona görə də, MTRŞ televiziyalara bəzi təkliflər verəcək. Bunlardan biri kadr siyasəti ilə bağlıdır. Aparıcıların peşəkarlığına fikir verilməlidir. Bununla bağlı MTRŞ aparıcılar üçün QHT-lər ilə birgə treninq keçirəcək. Treninqdə iştirak etmək məcburi olmayacaq. Başıbəlalı müğənnilərin, aktyorların əsas aparıcı fiqur olması bizi narahat edir. Bəzən kanallar onları efirə vermək üçün bir-biri ilə yarışırlar. Əsasən bayramlarda onların evlərindən çəkilişlər verilir, onları nümunəvi şəxslər kimi göstəririlər. Bəzi müğənnilər, aktyorlar isə aparıcılıq eşqinə düşüblər, onlar özlərin efirdə məişətdəki kimi aparırlar, konsertlərdəki şıltalıqlarını efirə gətiririlər?. MTRŞ universitetlərdə jurnalist ixtisaslarının artırılması ilə bağlı təkliflə çıxış edəcək. Bundan başqa, N.Məhərrəmli sovet dövründə çəkilən filmlərin televiziyaya simvolik rəqəm ödənməklə verilməsi, televiziya arxivi yaradılması ilə bağlı təkliflərinin olduğunu da qeyd edib. Qeyd edək ki, televiziya arxivində Azərbaycan üçün önəmli olan tarixi hadisələin kadrlarının toplanması nəzərdə tutulur. Məsələn, əsrin müqaviləsinin imzalanması və s. MTRŞ sədi Azərbaycan telekanallarının efirində nümayiş edilən reklamlarla bağlı da iradlarını bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanın reklam bazarı Gürcüstandakından 2 dəfə azdır. Xarici şirkətlər Azərbaycanda reklama daha az pul verirlər. Qurum bu sahəni də araşdıraraq müdaxilə etmək fikrindədir. ?Azərbaycan xalqının mənəviyyatına uyğun olmayan reklamlar verilir. Keçmişdə hamilə qadınlar üzə çıxmazdılar. İndi isə günün-günortaçağı hamilə qadınlar, bezlər reklam edirlər". Qurum sədri telekanalların reytinqini ölçən firmaların fəaliyyətindən də narazıdır: ?Biz reytinq ölçən şirkətlərin fəaliyyətinə şübhə ilə yanaşırıq. Onlar reytinqi obyektiv göstərsəydilər, belə vəziyyət yaranmazdı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA