QMi-dən Həccə getmək istəyənlərə məsləhət- özəl zirkətlərin xidmətlərindən istifadə etməyin

img

07-10-2009 [02:52]


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək istəyən zəvvarlara özəl şirkətlərin xidmətlərindən istifadə etməməyə çağırır. Buna səbəb isə belə qurumların xətti ilə alınan vizaların qəbul olunmayacağıdır. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, QMİ-nin sədr müavini Hacı Sabir Həsənli bu gün keçirdiyi mətbuat konfransında belə bir cağırışla çıxış edib. Onun sözlərinə görə, bu il Həcc ziyarətinə yalnız QMİ-də qeydiyyata alınmış zəvvarlar gedə biləcək: ?Biz özəl şirkətlərə müraciət etmiş zəvvarlara xəbərdarlıq edirik ki, sənədlərini oradan çıxarıb Qafqaz Müsəlmanları İdarəsində qeydiyyatdan keçsinlər. Bunun üçün hələ vaxt var. Əks halda özəl qurumların verdiyi vizalar tanımayacaq. Belə qurumlar insanları nə qədər inandırmağa çalışsalar da, onların xətti ilə Həcc ziyarəti baş tutmayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA