Bakıya Belarusdan iki ədəd timsah gətirilib

img

07-10-2009 [12:42]


?Heyvanların saxlandığı yerlərin damlarında təmir işləri aparılır. Həm də istilik sistemlərini tarazlayırıq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Bakı Zooloji Parkının direktoru Azər Hüseynov deyib. A.Hüseynovun sözlərinə görə, hazırda Parkda qışa hazırlıq işləri görülür. ?Heyvanların yemləri -otu, arpası, buğdası alınıb. Yemlər may-iyun aylarından alınıb. Demək olar ki, Zoopark qışa öz yem tədarükünü görüb?. A.Hüseynov bildirib ki, son vaxtlar Zooparka Belarusdan 2 ədəd mil timsahı da gətirilib: ?Timsahlar 15 gündür Bakıya çatdırılıb. Onlar özlərini yaxşı hiss edirlər?. Direktor deyib ki, bu il yallı qoyundan, Şotland ponilərindən, qırqovullardan, tovuz quşlarından, akvarium balıqlarından, xırda tutuquşularından, maraldan və canavardan bala alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA