Havalar kəskin dəyizəcək, bəzi yerlərə qar yağacaq

img

07-10-2009 [11:55]


Oktyabrın 8-də Bakı və Abşeron yarmadasının bəzi yerlərində yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Şimal küləyinin sürəti 10-15 m/s, gecə və səhər arabir 18-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 15-17, gündüz 18-20 dərəcə isti olacaq. Oktyabrın 9-da da dəyişkən buludlu hava şəraiti davam etsə də, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s olacaq, gündüz arabir 15 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 11-13 gündüz 18-20 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında 8-9 oktyabr tarixlərində gecə və axşam saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Şimal-qərb küləyinin sürəti 5-10 m/s olacaq, oktyabrın 08-də isə 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib. Xəbərdarlığa görə, havanın temperaturu 5-8 dərəcə aşağı düşəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Abşeron yarımadasında atmosfer təzyiqinin yüksələcəyi, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA