Ekologiya və Təbii Sərvətlər Nazirliyi zimal bölgəsində reydlər keçirib

img

07-10-2009 [11:46]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən) ?Ətraf Mühitin Mühafizəsi Haqqında? Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq reyd və yoxlamalar keçirərək bu ilin 9 ayı ərzində 127 akt və protokol tərtib edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, atmosfer havasının mühafizəsi sahəsində 23 akt və protokol tərtib edilib, 14 məcburi göstəriş verilib, 2 nəfər 400 manat məbləğində cərimə olunub. Müəssisə və təşkilatlara 5209 manat məbləğində məcburi ödəmə hesablanmış və ödənilməsi təmin edilib. Su mühafizəsi sahəsində 19 akt tərtib edilib, 14 məcburi göstəriş verilib. Müəssisə və təşkilatlara 8261 manat məbləğində məcburi ödəmə hesablanmış və ödənilib. Yerin təkinin mühafizəsi sahəsində 13 akt və protokol tərtib edilib, 3 məcburi göstəriş verilib. 4 nəfər 2600 manat məbləğində cərimə olunub, 7 nəfərə qarşı 269,5 manat məbləğində iddia qaldırılıb. 1 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilib. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 20 akt və protokol tərtib edilmişdir. 6 nəfər 10900 manat məbləğində cərimə olunub, 13 məcburi göstəriş verilib. Müəssisə və təşkilatlara 2720 manat məbləğində məcburi ödəmə hesablanmış və ödənilməsi təmin edilib. 2 iş məhkəmə orqanlarına göndərilib. Floranın mühafizəsi sahəsində 47 akt və protokol tərtib edilib. Qanunu pozan 20 nəfər 12350 manat məbləğində cərimə olunub, 22 nəfərə qarşı 1824,5 manat məbləğində iddia qaldırılıb. 15 nəfər tərəfindən 1696,5 manat məbləğində cərimə, 16 nəfər tərəfindən isə 1267,4 manat məbləğində iddia ödənilib. 17 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilib. Faunanın mühafizəsi sahəsində 5 protokol tərtib edilib, 1 nəfər 700 manat məbləğində cərimə olunmuş və ödənilməsi təmin edilib. 1 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA