Səfər Əbiyev: "izğalçıların torpaqlarımızdan geri çəkilməsindən kənarda həll variantı ola bilməz"

img

06-10-2009 [07:07]


Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtkeni qəbul edib. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Aggentliyinə verilən məlumata görə, S.Əbiyev yeni həmsədrə fəaliyyətində uğurlar arzulamaqla yanaşı tənqidi fikirlər də səsləndirib. Nazir qeyd edib ki, Dağlıq Qarabağ problemi ilə əvvəllər bir neçə həmsədr məşğul olub, ancaq münaqişənin həlli istiqamətində konkret bir nəticə hasil edilməyib. S.Əbiyev amerikalı yeni həmsədrin və onun həmkarlarının yaxın gələcəkdə işlərində müsbət nəticənin baş verəcəyinə ümid etdiyini bildirib. Görüş zamanı müdafiə naziri münaqişənin gecikdirilmədən aradan qaldırılmasının vacibliyini önə çəkərək vurğulayıb ki, Azərbaycanın ərazi bütövlyüyünün bərpasından, işğalçıların torpaqlarımızdan geri çəkilməsindən kənarda həll variantı ola bilməz: ?Bunu bir sıra beynəlxalq sənədlər də açıq-aydın ortaya qoyur?. BMT-nin qəbul etdiyi dörd qətnaməni xatırladan S.Əbiyev bildirib ki, həmsədr ölkələr bu ədalətli qərarlara söykənərək Dağlıq Qarabağ probleminin dinc şəkildə nizamlanmasını tezləşdirə bilərlər: ?Əks təqdirdə bölgədə arzu edilməyən hadisələrin baş verməsi qaçılmazdır. 15 ildən çoxdur ki, danışıqlar davam edir, amma heç bir səmərə verməyib. Azərbaycanın kimsənin torpağında gözü yoxdur, başqasının da bizim torpaqları işğalda saxlamasına göz yumulmamalıdır". Müdafiə naziri bu istiqamətdə birgə fəaliyyətin uzlaşdırılmasının vacibliyini amerikalı həmsədrin bir daha diqqətinə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA