Ədliyyə naziri Fikrət Məmmədov Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri ilə görüzüb

img

06-10-2009 [06:52]


gn=left]2010/fikret-memmedov-edliyye-naz.jpg[/libt] Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri İvetta Matsejkovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Slovakiya-Azərbaycan dövlətləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurlu inkişafını qeyd edən nazir F. Məmmədov bu ilin mayında Slovakiya baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabinin Azərbaycana səfərini və iki ölkənin ədliyyə nazirlikləri arasında imzalanan memorandumun əhəmiyyətini vurğulayıb. F. Məmmədov hər iki ölkə arasında hüquqi sahədə əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu söyləyib. İ.Matsejkova Slovakiyanın Azərbaycanla əlaqələrin genişlənməsinə mühüm önəm verdiyini vurğulayıb. Söhbət zamanı Slovakiya və Azərbaycan məhkəmə sisteminin oxşarlığı qeyd olunaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hakimliyə namizədlərin ən demokratik və mütərəqqi üsullarla seçimi və tədrisi, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə yaradılan regional apellyasiya məhkəmələrinin fəaliyyəti və s. məsələlər üzrə faydalı fikir və təcrübə mübadiləsi aparılıb. Qonaqlar nazirlikdəki Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA