Prezident Ilham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi ilə taniz olub

img

06-10-2009 [03:37]


Oktaybrın 6-da prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində ?Caspian Agro-2009? kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və qablaşdırılması beynəlxalq sərgisi ilə tanış olub. Dövlət başçısı əvvəlcə kompleksin həyətində Minsk və Gəncə avtomobil zavodlarının, habelə dünyanın nüfuzlu şirkətlərinin kənd təsərrüfatı texnikasına baxıb. İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin rəsmi dəstəyi, Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən sərgi ilə tanışlıq zamanı məlumat verilib ki, məqsəd ölkədə istehsal olunan kənd təsərrüfatı və emal sənayesi məhsullarının nümayişi ilə yanaşı, bu sahələrə xarici şirkət və sərmayədarların diqqətini cəlb etmək, aqrar elmin təcrübəsini öyrənməkdir. Sərgidə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Türkiyə, İtaliya, Belarus, Suriya, İsrail, Litva, Latviyanın 80-dən artıq şirkəti təmsil olunur. İ.Əliyev Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının, Azərbaycan Dövlət Aqrar Universitetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Litva, İtaliya, Latviya, İsrail, Suriya və Belarusun milli pavilyonları, quşçuluq, şərabçılıq, kənd təsərrüfatı texnikası pavilyonları ilə tanış olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA