Leykemiyalı xəstələrə yardım üçün sayt yaradılıb

img

06-10-2009 [03:27]


Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən ?Leykemiyalı uşaqlara yardım üçün Web Sayt yaradılması? layihəsinin maliyyələşdirilməsi ilə bağlı tədbir keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə ?Leykemiya ilə Mübarizə? İctimai Birliyinin icracı direktoru Mehriban Bağırova, QHT Şurasının üzvü Gülnarə Hüseynova, Elmi-Tədqiqat Hematologiya İnstitutu - Respublika Kliniki Uşaq Xəstəxanasının şöbə müdiri, professor Mir Eldar Babayev iştirak ediblər. Tədbirdə çıxış edən M.Bağırova əvvəlcə sayt barəsində məlumat verib: ?Leykemiya xəstələrinə dair sayt www.leykoz.az-dır . Bu layihə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib. Bu xəstəlik haqqında da sizə məlumat vermək istərdim. Leykemiya nədir? Leykemiya və ya leykoz xəstəliyi qan yaradıcı sistemin şiş xəstəliyidir. El arasında bu xəstəlik ?ağ qan qırmızı qanı yeyən xəstlik? kimi tanınır. Əslində bu ifadədə məna var. Belə ki, əsas qanyaradıcı orqan olan sümük iliyində şiş hüseyrələrin inkişafı normal qanyaranmanın qarşısını alır, qırmızı qan kürəciklərinin miqdarı tədricən azalaraq elə bir həddə çatır ki, qan doğrudan da ?ağarır?. Bu xəstəliyə hər kəsin tutulma ehtimalı var. Alınan məlumatlar göstərir ki, xəstəliyin rastgəlmə tezliyi 13:100000-dir. Yəni 100 min insandan 13-ü bu xəstəliyə tutula bilər. Xəstəliyə bütün yaşlarda rast gəlmək mümkündür. Leykozun kəskin formasına uşaqlar arasında daha çox rast gəlinir. Bu xəstəliyin, yəni sümük iliyinin köçürülməsi və digər müalicə olunandır. Ancaq Azərbaycanda sümük iliyinin köçürülməsi barəsində heç bir təbliğat işi aparılmır. Leykemiyalı xəstələrə yardım etmək üçün sümük iliyinin donorlarının cəlbi böyük əhəmiyyət kəsb edir. Bu layihənin əsas məqsədi leykemiyalı xəstələr üçün dəqiq məlumat bankı yaratmaq, əhali arasında maarifləndirmə işləri aparmaqdır. Çalışacayıq ki, bu xəstəlikdən əziyyət çəkən insanlara yardım edək?. Tədbirin digər iştirakçısı, tibb elmləri doktoru, professor Mir Eldar Babayev isə deyib ki, bu xəstəlik irsi deyil: ?Leykemiya xəstəliyini stres, radiyasiya, qorxu kimi amillər də yarada bilər. Hər bir insanda şiş xəstəliyini yarada bilən gen var. Bu xəstəliyə bütün yaşlarda rast gəlmək olar. Sadəcə, uşaqlar arasında bu xəstəlik kəskin formada yaranır. Böyüklər arasında isə xroniki halda olur. Azərbaycanda bu sahədə işlər aparılır. Maliyyə işlərinin təkmilləşdirilməsi, müasir müalicə proqramlarının praktikaya tətbiq edilməsinə başlanıb. Ancaq qarşıda çox böyük çətinliklər durur?. Professorun sözlərinə görə, bu xəstələrin müalicəsi bu gün adi klinik xəstəxanada aparılır ki, bu da sağalma üçün çətinliklər yaradır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA