iazə müəssisələrində antisanitariya; 1-i bağlandı, 20-dən çoxu cərimələndi

img

06-10-2009 [03:21]


İctimai iaşə müəssisələrində aparılan monitorinqlər zamanı 20-dən artıq müəssisə cərimələnib və 1 müəssisənin fəaliyyəti dayandırılıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev Müstəqil İnformasiya Agentliyinə məlumat verib ki, monitorinqlərin aparılmasına mane olan sahibkarlar da var: ?Monitorinqlər davam etdirilir. Hər gün müxtəlif iaşə müəssisələrində yoxlamalar aparılır. Aparılan müayinələr zamanı Yasamal rayonundan 3, Nərimanov rayonunda 1 obyektin cərimələnməsi haqda qərar çıxarılıb. Bundan başqa, Nərimanov rayonunda yerləşən ?Xəzər? kafesinin işçiləri əməkdaşlarımızın yoxlamalar aparmasına imkan verməyiblər. Onlar haqqında lazımi orqanlara məlmatlar verilib. Nəsimi rayonunda yerləşən 1 obyekt yoxlanılaraq inzibati cərimə tətbiq olunub. Eyni zamanda Bakı şəhərinin rayon gigiyena və epidemiologiya mərkəzlərinin əməkdaşları tərəfindən yoxlamalar aparılır. Müayinələr nəticəsində 20-dən yuxarı müəssisənin sahibkarları inzibati qaydada cərimələniblər. 1 ictimai iaşə müəssisəsinin isə fəaliyyətinin dayandırılması haqda qərar qəbul olunub. Bu müəssisə Yasamal rayonunda yerləşir və ?Nigar? kafesi adlanır?. İ.Abdullayev deyib ki, müəssisələrdə müxtəlif nöqsanlar aşkarlanıb: ?Sanitariya sahəsi elə bir şeydir ki, burada hər zaman nöqsanlara rast gəlmək olar. Amma hər şeyin bir həddi var. Cərimələnən müəssisələrin əksəriyyətində tullantılar yerbəyer olunmayıb, aylarla təmizlik işləri aparılmır, sorucu ventilyasiyanın, qazanların üzərini yağ, his qatı örtüb, qabların yuyulması antisanitar şəraitdə həyata keçirilir. Monitorinqlər yəqin ki, gələn həftənin sonunadək davam edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA