Azərbaycan və Ermənistan prezidentlərinin Kizinyov görüzü oktyabrın 8-də keçiriləcək

img

06-10-2009 [12:15]


ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin yekunu ilə bağlı bu gün Bakıda birgə brifinq keçiriblər. Həmsədrlərin bəyanatını rusiyalı həmsədr Yuri Merzlyakov təqdim edib. Bəyanatda qeyd olunur: ?Biz Azərbaycan prezidentinə erməni həmkarı ilə Kişinyovda görüş keçirmək təklifini gətirdik. İlham Əliyev görüşə razılıq verdi. Görüş oktyabrın 8-də axşam saatlarında Müstəqil Dövlətlər Birliyinin sammitindən öncə olacaq. Kişinyov görüşü prezidentlərin bu il iyulun 18-də Moskvada keçirilmiş görüşünün davamı olacaq?. Rusiyalı həmsədr onu da qeyd edib ki, dünən prezident İlham Əliyev Moskva görüşünün nəticələrini çox pozitiv qiymətləndirir və Kişinyov görüşünün Moskva görüşünün pozitiv dinamikasını davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb. Amerikalı həmsədr Robert Bratdke isə həmsədr kimi Azərbaycana ilk səfər etdiyini qeyd edərək, ABŞ hökumətinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında vasitəçiliyi davam etdirməyə hazır olduğunu deyib. O bildrib ki, Kişinyov görüşündə daha çox tərəqqiyə nail olmaq mümkün olacaq. Qeyd edək ki, diplomatlar Bakını bu gün tərk edəcək. Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etmək üçün oktyabrın 1-də regiona səfər ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA