Məhkəmə təhsil aldığı ali məktəbə qarzı iddia qaldıran tələbəyə ?yox? dedi

img

05-10-2009 [07:26]


Bu gün Yasamal rayon məhkəməsində hakim Raqif Qurbanovun sədrliyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbəsi Röyal Cəbiyevin təhsil aldığı ali məktəbə qarşı vəzifəli şəxsin hərəkətinin qanunsuz hesab edilməsinə dair qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. Müstəqil İnformasiya Agentliyi prosesdə Röyal Cəbiyevi anası Mehriban Hüseynova, ADMİU-nu isə prorektor Rafiq Sadıqov təmsil edib. Mehriban Hüseynova cavabdehlərin ötən proseslərdə məhkəməyə saxta sənəd təqdim etdiyini bildirib. Belə ki, ADMİU-nun prorektoru Rafiq Sadıqov Röyal Cəbiyevin hələ biribci kursda oxuyarkən ?Səhnə Danışığı? fənnindən əvvəlcə ?qeyri-kafi?, daha sonra isə ?kafi alması? ilə bağla məhkəməyə sənəd təqdim etmişdi. Mehriban Hüseynova isə məhkəməyə Röyal Cəbiyevin həmin fənndən ?yaxşı? qiymət almasını təsdiq edən ?Qiymət Kitabçasını təqdim edərək uyğunsuzluğu araşdırmaq üçün ekspertiza təyin edilməsi ilə bağlı vəsatət qaldırdı. Lakin hakim vəsatəti təmin etmədi. Məhkəmə çıxışları zamanı isə M. Hüseynova Röyal Cəbiyevin iddiasının əsaslı olduğunu bildirdi və buna görə də onun ixtisasının dəyişdirilməsi haqqında qərar çıxarılmasını istədi. R. Sadıqov isə səsləndirilən fikirlərin əsassız olduğunu bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. Hakim iddianın təmin edilməməsi ilə bağlı qərar çıxardı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA