Neft Fondunun icraçı Direktoru ABŞ-ın Enerji Departamentinin Katibinin müavinini qəbul edib

img

05-10-2009 [06:06]


gn=left]2010/sahmar-neft-fond_1.jpg[/libt] Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2009-cu il oktyabrın 5-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Enerji Departamentinin Katibinin müavini Daniel Ponemanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə qonaqlara ətraflı məlumat verib. Görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti xüsusi vurğulanıb. D.Poneman Dövlət Neft Fondunun MHŞT-nin tətbiqi sahəsində uğurlarını və Fondun öz fəaliyyətində şəffaflığı təmin etməsini yüksək qiymətləndirdiyini qeyd edib. Görüşdə eyni zamanda Azərbaycan və ABŞ arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, Suveren Fondlar, ölkəmizdəki mövcud iqtisadi islahatlar, Azərbaycanda neft sektorunun rolu, əsas prioritet məsələlərdən olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA