Bakıda və bir neçə rayonda mağazalardan istifadə müddəti ötmüz yararsız məhsullar azkarlanıb

img

05-10-2009 [06:03]


İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ərzaq bazarındakı vəziyyətlə bağlı monitorinqləri davam etdirir. Bakıda və ölkənin bir neçə rayonunda aparılan son monitorinqlərdə istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. İqtisadi İnkişaf Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, monitorinq zamanı Bakının Sabunçu rayonu ərazisində yerləşən 5 mağazada belə məhsullar tapılıb. Bunlar Bakıxanov qəsəbəsində ?Ruzi market?, ?Delfin market?, ?Ordubad market?, ?Allahverdi market?, Bəhram Əhmədova məxsus ərzaq mağazasıdır. Bundan başqa, Xaçmazda Sabir Daşdəmirova məxsus pərakəndə ticarət mağazasında ümumi çəkisi 110 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, ətirlər və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Bakıxanov qəsəbəsində ?Vüqar market?də mənşəyi məlum olmayan və saxlama müddəti ötmüş ərzaq malları aşkar edilməyib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA