Azad istehlakçılar Birliyi UNESCO ilə əməkdazlıq edəcək

img

05-10-2009 [02:57]


Azad İstehlakçılar Birliyi (AİB) UNESCO-nun Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq etmək istəyir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən təşkilatın sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində ?İstehlakçı klubları? yaradılacaq: ?UNESCO-nun gənclərə yönəlmiş materialları var. Bu materiallar ingilis dilindədir və bir neçə dilə tərcümə olunub. Biz Azərbaycan nümayəndəliyi vasitəsilə həmin beynəlxalq təşkilatın mərkəzi ofisi ilə əlaqə saxlayıb həmin materialları Azərbaycan dilinə tərcümə edəcəyik. Beləcə həmin materiallar dünya üçün əhəmiyyətli bir material kimi verilənlər bazasında Azərbaycan dilində də qalacaq. Bu davamlı inkişafla bağlıdır. Biz bələdiyyələrin kənd yerlərinin davamlı inkişafı ilə bağlı gəncləri maarifləndirəcəyik və ?İstehlakçı klubları? deyilən simvolik klublar yaradacağıq. Beləcə dövlətimizin istehlakçı siyasətinə dair qanunlarının təbliğini aparmış olacağıq?. E.Hüseynov deyib ki, kənd bələdiyyələrinin inkişafı ilə bağlı layihələri çərçivəsində Neftçala rayonunda yerləşən 10 kəndin təmsil etdiyi qeyri hökumət təşkilatı öz sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib: ?Bu günlərdə digər təşkilatlar da sənədlərini təqdim edəcəklər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA