Özəl ali məktəblərdə təhsil haqqı sahəsində qeyri-müəyyənlik var

img

05-10-2009 [01:24]


?Özəl ali məktəblərin təhsil haqlarının müəyyənləşdirməsinə təsir etmək imkanımız yoxdur. Çünki dövlət ali məktəblərində təhsilhaqqı Tarif Şurası tərəfindən müəyyənləşdirir. Özəl ali məktəblərdə isə hələlik bu normativlər bəlli deyil?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri təhsil naziri Misir Mərdanov özəl ali məktəblərdə təhsil haqları ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, özəl universitetlərdə təhsilhaqqının müəyyən edilməsi qaydalarının olmaması həmin ali məktəblərdə qiymətlərin artırılması üçün bəhanə olmamalıdır. Nazir bu sahədə qeyri-müəyyənliyin olduğunu da vurvulayıb: ?Bu məsələ bir qədər qeyri-müəyyəndir. Belə çıxır ki, kim nə istəsə, onu da edə bilər. Ancaq bu, qəbulolunan hal deyil və qeyri-müəyyənlik aradan qaldırılmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA