Misir Mərdanov zagirdlərdən qanunsuz pul yığan məktəblərin direktorlarının izdən çıxarıldığını bildirib

img

05-10-2009 [01:15]


Azərbaycanın ali və orta təhsil məktəblərində qış mövsümünə hazırlıq davam edir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, təhsil naziri Misir Mərdanov müəllim günü ilə əlaqədar təhsil işçiləri ilə keçirilən görüşdə bu barədə məlumat verib. Nazir bildirib ki, bu il 200-ə yaxın məktəbin istilik sistemi qaydaya salınıb. M.Mərdanov onu da nəzərə çatdırıb ki, hazırda ölkədə 7 min təhsil müəssisəsi var və onların hamısının problemini bir ildə həll etmək mümkün deyil. Təhsil naziri bəzi orta məktəbdə müəllimlərin şagirdlərdən pul yığması ilə bağlı sualı da cavablandırıb. M.Mərdanov deyib ki, müəllimlərin qeyri-qanuni olaraq şagirdlərdən pul yığması barədə fakt varsa, nazirliyə müraciət etsin: ?İndiyə qədər belə hallarla bağlı tədbir görülüb, indi də bunu etməyə hazıram. Amma bu məsələyə ünvansız fikir bildirmək olmaz. Bizə bundan əvvəl də bir neçə faktla bağlı ünvanlı müraciətlər daxil olub və ciddi tədbirlər görülüb. Həmin məktəblərin direktorları dərhal işlən çıxarılıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA