Ramil Səfərovun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyizib

img

04-10-2009 [06:53]


2004-cü ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində erməni hərbçisi Qurqen Markaryanı qətlə yetirməkdə təqsirləndirilərək, ömrülük azadlıqdan məhrum edilən Azərbaycan Milli Ordusunun baş leytenantı Ramil Səfərovun anası Nubar Səfərova oktyabrın 3-də dünyasını dəyişib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə mərhumənin qohumlarından biri məlumat verib. Qohumunun sözlərinə görə, uzun müddətdən bəri ağır xəstəlikdən əziyyət çəkən Nubar xanımın həyatını xilas etmək mümkün olmayıb. Mərhumənin ?üç? mərasimi oktyabrın 5-də Binə qəsəbəsində keçiriləcək. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, N.Səfərova 1950-ci ildə Cəbrayıl rayonunda anadan olub. O, Cəbrayılın işğal olunduğu 1993-cü ilin avqust ayına kimi bu rayondakı mərkəzi xəstəxanada tibb bacısı işləyib. 1993-cü ildə Bakı şəhərinə pənah gətirən N.Səfərova ailə üzvləri ilə birlikdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dərnəgül qəsəbəsindəki yataqxanalarının birində məskunlaşıb. R.Səfərov 2004-cü ildə Macarıstanda Azərbaycanın dövlət atributlarını təhqir edən erməni hərbçisini qətlə yetirərək, ömürlük azadlıqdan məhrum ediləndən sonra N.Səfərovanın səhhətində müxtəlif problemlər baş qaldırıb. O, sağlığından ən çox kəskin ürək ağrılarından əziyyət çəkib. Səfərovlara yaxın şəxsin MİA-ya verdiyi məlumata görə, R.Səfərov ailəsində baş verən bu ağır faciədən xəbərsizdir. Ailə üzvləri anasının ölüm xəbərini ona mərhumənin ?yeddi? mərasimindən sonra çatdırmağı nəzərdə tuturlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA