Keçmiz baz prokuror Eldar Həsənov Bakıya qayıdıb

img

03-10-2009 [06:59]


Keçmiş baş prokuror, Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov Bakıya gəlib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən şəxsin sözlərinə görə, E.Həsənovun Azərbaycana gəlişinin səbəblərindən biri baş nazirin keçmiş müavini Abbas Abbasovun oğlunun toy məclisində iştirak etməkdir. MİA-nı bilgiləndirən şəxs həm də deyib ki, keçmiş baş prokuror karyerası ilə bağlı da müəyyən addımlar atmağı qərarlaşdırıb. Onun sözlərinə görə, E.Həsənov karyera pilləsində yenidən yüksəlmək üçün hakimiyyətin nüfuzlu şəxsləri ilə danışıqlar aparmağı planlaşdırıb. Məlumat üçün bildirək ki, E.Həsənov 8 ildir Rumıniyada Azərbaycanın diplomatik korpusuna rəhbərlik edir. Daxili əsasnaməyə görə isə, bir şəxs hər hansı bir ölkədə 5 il müddətində səfir kimi fəaliyyət göstərə bilər. Bu məhdudiyyətin qanunda yer almamasına baxmayaraq, eyni şəxsin beş ildən çox bir ölkədə diplomatik korpusa rəhbərlik etməsi daxili əsasnaməyə ziddir. Yəni E.Həsənovun səfir vəzifəsindən geri çağırılması hər an mümkündür. MİA-ya məlumat verən mənbə bildirib ki, məhz bu səbəbdən də E.Həsənov hakimiyyətdəki nüfuzlu şəxslərlə karyerasının gələcəyi ilə bağlı danışıqlar aparmağa cəhd göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA