Elmira Süleymanova izgəncələrin qarzısının alınması ilə bağlı beynəlxalq konfransa qatılıb

img

03-10-2009 [03:08]


Ombudsman Elmira Süleymanova Beynəlxalq Həbsxana İslahatı təşkilatı tərəfindən ?Cənubi Qafqazda işgəncələrin qarşısının alınması? mövzusunda 1-2 oktyabrda Tiflisdə keçirilən beynəlxalq konfransda iştirak edib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, tədbirə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Çexiya, Estoniya, Sloveniya, Xorvatiya və digər ölkələri təmsil edən nüfuzlu beynəlxalq ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, həmçinin Gürcüstanın dövlət rəsmiləri, ictimai təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri, habelə Azərbaycanın hüquq müdafiəçiləri qatılıblar. Beynəlxalq tədbirdə işgəncə anlayışı, işgəncələrə qarşı BMT Konvensiyasının Fakültativ Protokoluna əsasən, milli preventiv mexanizmlərin mandatı, işgəncə və digər pis rəftar hallarının qarşısının alınması üzrə müsbət nəticələrə dair dünya ölkələrinin təcrübəsi, bu sahədə olan müxtəlif konsepsiyalar və digər məsələlər müzakirə olunub. İştirakçılar işgəncələrlə mübarizə üzrə Cənubi Qafqaz ölkələrindəki mövcud vəziyyəti təhlil edib, beynəlxalq ekspertlərin müvafiq tövsiyələri səslənib. E.Süleymanova konfransda ?Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin işgəncələrin qarşısının alınması üzrə milli preventiv mexanizm kimi fəaliyyəti? mövzusunda məruzə ilə çıxış edib. Ombudsman son illərdə Azərbaycanda penitensiar sistemdə və polis orqanlarında vəziyyətin getdikcə yaxşılaşdığını, tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlanma şəraitinin, onlarla davranışın müsbətə doğru dəyişdiyini, Müvəkkilin ünvanına pis rəftar halları ilə bağlı daxil olan şikayət ərizələrinin sayının azaldığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA