Ölkə ərazisinin 9,8 faizini xüsusi mühafizə olunan təbiət əraziləri təzkil edir

img

03-10-2009 [02:02]


3 oktyabr ?Bridlife International? təşkilatının təklifi ilə bütün dünyada Ümumdünya Quşların Müdafiəsi Günü kimi qeyd olunur. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bir qrup jurnalistlərlə Şirvan Milli Qoruğunda tədbir keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirin məqsədi barədə məlumat verən ETSN yetkilisi Hikmət Əlizadə flora və faunanın qorunmasının vacibliyindən söz açıb: ?Bu gün dünyada 1931-ci ildən İtaliyanın Florensiya şəhərində qeyd olunub. Məqsəd hevanların mühafizəsi və insanları heyvanların mühafizəsinə qaldırmaqdır. Bu gün təbiətsevərlərin Ümumdünya Heyvanların Müdafiəsi Günü kimi təsis olunması haqqında qərar qəbul edilib. Son illər nazirlik tərəfindən həyata keçirilən məqsədyönlü tədbir nəticəsində hazırda ölkəmizdə ümumi sahəsi 800 min hektardan çox olan və xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 8 milli park, 12 dölət təbiət qoruğu və 23 dövlət təbiət yasaqlığı mövcuddur. Onların sahəsi təqribən ölkə ərazisinin 9,8 faizini təşkil edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA