QHT Şurası ilə Açıq Cəmiyyət institutu arasında əməkdazlıq memorandumu imzalandı

img

02-10-2009 [06:45]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Açıq Cəmiyyət İnstitutu ? Yardım Fondu Azərbaycan arasında əməkdaşlıq memorandumu imzalandı. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, sənədi Şura sədri Azay Quliyev və Fondun Bakı Ofisinin icraçı direktoru Fərda Əsədov imzalayıblar. Tərəflər Azərbaycanda vətəndaş cəmiyyətinin rolu və QHT-lərin sosial-iqtisadi inkişaf proseslərinə cəlb olunma imkanları barədə ictimai məlumatlılığı artırmaq, Azərbaycanda fəaliyyət göstərən donorlar arasında əlaqələrin daha da gücləndirilməsi və fəaliyyətin birgə koordinasiyası məqsədi ilə Donorların Koordinasiya Şurasının yaradılmasına dəstək vermək, QHT-lərin bilik və bacarığının artırılması və sair istiqamətlərdə birgə fəaliyyət göstərəcəklərini memorandumda təsbit ediblər. Tərəflər əməkdaşlığa real məzmun vermək məqsədi ilə 2009-cu il üçün aşağıdakı konkret istiqamətlərdə fəaliyyətləri həyata keçirməkdə qərarlı olduqlarını bildirdilər: ?QHT-lərin fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması və yaxşı idarəetmə standartlarına keçid məqsədi ilə birgə Konfransın keçirilməsi; ?Milli Mühasibat Uçotu ilə bağlı layihələrə birgə maliyyə yardımının edilməsi; ??Azərbaycanın Avropa Birliyi ilə qarşılıqlı əlaqələri? mövzusunda birgə maliyyə yardımı (qrant) müsabiqəsinin keçirilməsi. Memorandumun tam mətni ilə Şuranın www.cssn.gov.az saytında tanış olmaq mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA