1,2 ton saxlanma müddəti bitmiz ərzaq məhsulları azkarlanıb

img

02-10-2009 [05:13]


İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan monitorinqlər zamanı bir sıra ticarət obyektlərində üzərində istehsal tarixi və saxlama müddəti göstərilməyən uduşlu-hədiyyəli qarğıdalı çubuqlarının satıldığı müəyyən edilib. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bununla əlaqədar, istehlakçıların çaşdırılmasının və digər haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti tərəfindən araşdırmaya başlanılıb. Bakının Nərimanov rayonunda Asəf Həsənova məxsus sexdə aparılmış yoxlama zamanı ciddi qanun pozuntusu aşkarlanıb. Belə ki, sexdə üzərində istehsal tarixi 2009-cu ilin may ayı, saxlama müddəti 8 ay olan kisələrdə qablaşdırılmış quru südün sexdə 200 qramlıq qutulara qablaşdırıldığı müəyyənləşdib. Həmin məsulların etiketi üzərində saxlama müddətinin qablaşdırmanın aparıldığı tarixdən 12 ay göstərildiyi müəyyən edilib. Bundan başqa, sexdə aparılan yoxlama zamanı antisanitariya şəraitində müxtəlif ərzaq mallarının, o cümlədən un, qənd, yarma, qarabaşaq və sair qablaşdırıldığı, sexdə istehsal olunan qarğıdalı çubuqlarının üzərində istehsalçının, istehsal tarixinin və saxlama müddətinin göstərilmədiyi, həmçinin sexin anbarlarında mal qonşuluğu qaydalarına əməl olunmadığı aşkar edilib. Araşdırma nəticəsində saxlama müddəti ötmüş və qablaşdırılmasında nöqsanlara yol verilmiş ümumi çəkisi 1,2 ton olan ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Həmin məhsullar əsasən quru süd, qarğıdalı çubuğu, sular, yarma, qarabaşaq, günəbaxan tumları və sairdən ibarət olub. Aşkar edilmiş qanun pozuntuları aradan qaldırılanadək qanunvericiliyə uyğun olaraq, bu malların qablaşdırılmasının, istehsalının və satışının dayandırılması barədə Antiinhisar Dövlət Xidməti tərəfindən sexin sahibi Asəf Həsənova göstəriş verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA