Ovçular Cəmiyyəti ovçuların hüquqlarının pozulduğunu iddia edir

img

02-10-2009 [04:38]


?Digər ölkələrdə quş ovuna qoyulan qadağa aradan qaldırılsa da, Azərbaycanda vəziyyət dəyişməyib?. Ovçular Cəmiyyətinin sədri Füzuli Əşrəfov Müstəqil İnformasiya Agentliyinə deyib ki, rəsmilər bunu ?quş qripi? təhlükəsinin olması ilə əlaqələndirirlər: ?Artıq 5-ci ildir ki, respublikada quş ovuna qadağa qoyulub. Baxmayaraq ki, MDB dövlətlərinin əksəriyyətində, eləcədə Türkiyə və İranda bu qadağa aradan qaldırılıb. Bizdə isə rəsmilər hələ də təhlükənin olduğunu iddia edirlər. Dövlət Baytarlıq Xidməti də rəsmi saytında bu barədə məlumat yayaraq, quş ovuna qoyulan qadağanın aradan götürülməsinə razılıq verib?. F.Əşrəfovun sözlərinə görə, son iki ildə aparılan monitorinqlər nəticəsində heç bir təhlükəli hal aşkarlanmayıb. Buna baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qadağanı aradan qaldırmır. F.Əşrəfov qoyulan qadağanı ovçuların hüquqlarının pozulması kimi qiymətləndirir: ?Ölkədə yalnız dağ keçisi, dovşan və qaban ovuna icazə verilir?. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimova isə Müstəqil İnformasiya Agentliyinə deyib ki, ?quş qripi? ilə bağlı monitorinqlərə artıq yenidən başlanıb. Ovçular Cəmiyyəti sədrinin iradlarına gəlincə, İ.İbrahimova bildirib ki, quş ovunun bərpası haqqında qərar yalnız Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2006-cı il tarixli sərəncamına əsasən ?Azərbaycan Respublikası ərazisində ?quş qripi? xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsinə dair yaradılmış Dövlət Komissiyası tərəfindən qəbul oluna bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA