Apelyasiya Məhkəməsi Məcidova bacıları ilə bağlı rəyi qəbul etmir

img

02-10-2009 [04:28]


?İstər biz, istərsə də ittiham olunan şəxslər öz hesabımıza ekspertiza təşkil etdik. Həmin ekspertiza Reyhanə və Nailə Məcidova bacılarının məktəb şəkilləri ilə bağlı ekspertiza keçirdi. Onların sonda rəyi bu oldu: meyitlə şəkildəki qızların boyu bir-biri ilə üst-üstə düşmür. Onların rəyinə görə, meyitin boyu uzanmır. Yəni, həmin meyit Məcidova bacılarının heç birinə məxsus deyil?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Dəvəçi rayonunun Dağbilici kəndində itkin düşmüş Reyhanə və Nailə Məcidova bacılarının atası Zamir Məcidov söyləyib. Onun sözlərinə görə, hər iki tərəfin, yəni həm zərərçəkən, həm də ittiham edilən tərəfin maliyyəsi ilə başa gələn ekspertizanın rəyini Sumqayıt Apelyasiya Məhkəməsi qəbul etmir: ?Bu gun Apelyasiya Məhkəməsi hökm oxumalıdır. Onların bir məqsədi var: keçirilən məhkəmə prosesinin əvvəlki rəyini qüvvədə saxlamaq. Bu isə hər iki məhkəmənin saxtakarlıqla keçrildiyini isbat edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA