KTN çörəyin qiymətini iki dəfə endirməyə çalızır

img

02-10-2009 [04:05]


?Bizimlə Fövqəladə Hallar Nazirliyi arasında heç bir narazılıq yoxdur. Taxıl fonda Nazirlər Kabinetinin təyin etdiyi müəyyən qaydaya müvafiq olaraq qəbul edilir. Azərbaycanda keyfiyyətli taxıl məhsulları var və biz arzu edərdik ki, fermerlər taxılın keyfiyyətini daha da artırmış olsunlar?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ölkədə keyfiyyətsiz taxıl məhsullarının olması barədə iddialara münasibət bildirərkən deyib: ?Taxılı tədarük etmək üçün tədarük müəssisələrinin yaradılması, təmizlənməsi, saxlanılması və lazım olunan müddətdə maddi-texniki bazalara çatdırılması onun keyfiyyətinin daha da artırılmasına gətirib çıxaracaq. Taxılın saxlanılması üçün anbarların tikilməsi davam etdirilir. Hökumət tərəfindən bu məqsədlə investisiyalar qoyulur. Respublikanın 6-dan çox iqtisadi zonalarında İqtisadi İnkişaf Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu və ?Aqrolizinq? tərəfindən müəyyən tədbirlər həyata keçirilir. 20-dən çox rayonda isə soyuducu kameraların tikilməsi nəzərdə tutulur. Təkcə, indiyə qədər ?Aqrolizinq? tərəfindən 17 soyuducu kameralar gətirilərək lizinq qaydasında sahibkarlara verilib. Çox güman ki, biz bunun müsbət nəticəsini növbəti illərdə görəcəyik?. Nazir müavini onu da bildirib ki, Bakı şəhərinin 7 rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilib: ?Bu günə qədər 337 yarmarka keçirilib. Orada təxminən 75 min ton kənd təsərrüfatı məhsulları satılıb. Yarmarka keçirilməzdən qabaq ölkə bazarlarında monitorinqlər aparılır. Yarmakalarda satılan məhsullar bazarda satılan məhsullardan 20-30 faiz aşağı qiymətlə satılır. Ola bilər ki, mövsumlə bağlı hansısa məhsulun qiyməti qalxsın. Çörəyin qiymətinə gəlincə, nəzərdə tuturuq ki, qiymətlər iki dəfəyə qədər azaldılsın. Ancaq bunun nə vaxt reallaşacağını dəqiq deyə bilməyəcəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA