Dənizin çimərlik hissəsində çirklilik normadan yüksəkdir

img

02-10-2009 [03:40]


Çimərlik mövsümü başa çatıb və monitorinqlərə yekun vurulub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib. Onun sözlərinə görə, oktyabrın 1-də monitorinqlər yekunlaşıb: ?İl ərzində aparılan monitorinqlərə əsasən söyləmək olar ki, Qaradağ rayonunun Sahil, Səbail rayonunun Şıx, Binəqədi rayonunun Novxanı və Hövsan qəsəbəsindəki çimərliklərdə dəniz suyunun çirklilik göstəriciləri normadan yüksəkdir. Son monitorinqlər zamanı da bu vəziyyətin dəyişmədiyi müşahidə olundu?. Z.Kazımov deyib ki, alternativ monitorinqlər gələn il də aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA