Risk qrupuna daxil olan insanlar ?donuz qripi ilə bağlı peyvənd olunacaq

img

02-10-2009 [02:48]


Xəbər verdiyimiz kimi, Türkiyədə ?donuz qripi? virusuna qarşı peyvəndləmə aparılacaq. Azərbaycanda isə payızın gəlişi ilə əlaqədar olaraq insanlar arasında mövsümi qrip kütləvi şəkildə baş qaldırmaqdadır. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov deyib ki, ehtiyac yaranmayacaqsa. ölkəmizdə əhali ?donuz qripi?nə qarşı peyvənd olunmayacaq. Onun sözlərinə görə, sözügedən xəstəliklə bağlı ölkədə vəziyyət sabitdir: ?Hazırki vəziyyəti nəzərə alsaq, tələsmək lazım deyil. Bəzi ölkələrdə artıq qış mövsümü başa çatıb. Onlarda xəstəliyin geniş şəkildə yayılacağı proqnozları özünü doğrultmur. Buna görə də, hələki peyvəndlə bağlı hansısa qərar çıxarmağa ehtiyac yoxdur. Amma, lazım gələrsə, peyvənd işləri mütləq aparılacaq?. Ş.Qurbanov son günlər əhali arasında adi qripə yoluxma hallarının baş verməsini normal hal sayır: ?Hər il payız aylarında mövsümi qrip geniş yayılır. Ona görə də bu normaldır. Mövsümi qripə yoluxmaq istəməyən əhali bu qripə qarşı könüllü şəkildə peyvənd oluna bilər?. Direktor müavini yaşlı insanların A/H1N1 virusuna daha az meyilli olduqlarını söyləyib: ?1 il ərzində təxminən 3 milyard peyvənd istehsal oluna bilər. Nəzərə almaq lazımdır ki, dünya əhalisinin sayı 6 milyarddan çoxdur. Yəni bir ilə bütün əhalini peyvənd etmək mümkün olmayacaq. Amma, təbii ki, ilk növbədə risk qrupuna daxil olan insanlar peyvənd olunacaq. Statistika göstərir ki, yaşlı insanlar qripə daha az meyillidirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA