Araz Əzimov çıxızının bəzi KiV-lərdə təhrif olunmasından hiddətlənib

img

02-10-2009 [11:59]


Xarici işlər nazirinin müavini Araz Əzimovun jurnalistlərə açıqlaması zamanı səsləndiridiyi fikirlər bəzi informasiya agentlikləri tərəfindən təhrif olunub. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun KİV-lərə məktub göndərib. Məktubda bildirilir ki, A.Əzimov öz sözlərinin ?Trend?, ?Day.Az?, ?1news? kimi agentliklərdə mütəmadi olaraq təhrif olunmasından hiddətlənib: "Əsas narahatlıq ondan ibartərdir ki, bu təhrif olunmuş məsələlər Azərbaycan ictimaiyyəti və bütünlükdə beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyət daşıyır. Bu agentliklərin qeyri-peşəkar fəaliyyəti nəticəsində yaranan təhriflər ictimaiyyətin, ölkənin xarici siyasətinin əsas məsələləri ilə bağlı Azərbaycan XİN-nin mövqeyi ilə bağlı düzgün informasiyalanmasına mane olur". Məktubda o da qeyd olunur ki, bu, prezidentin Dağlıq Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsinin sözlərinin bu agentliklər tərəfindən təhrif olunması ilə bağlı ilk hal deyil. Bu səbəbdən həmin agentliklərin rəhbərlərinin diqqətini peşəkar kadrların, əsasən də respublikanın xarici siyasəti ilə məşğul olan sahələr üzrə peşəkar kadrların seçilməsinə çəkmək lazımdır. Əks halda xarici işlər nazirinini müavini Araz Əzimov kütləvi informasiya vasitələri ilə işə, jurnalistlərin peşəkar keyfiyyətləri kriteriyasından çıxış edərək seçmə yanaşacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA