ABŞ Ticarət və inkizaf Agentliyi ??? Dövlət Neft Fondu arasında qrant sazizi imzalanıb

img

01-10-2009 [07:14]


2009-cu il sentyabrın 28-də ABŞ Ticarət və İnkişaf Agentliyi (TİA) ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) arasında ARDNF-ə 250 000 ABŞ dolları məbləğində texniki yardım ayrılması barədə qrant sazişi imzalanıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, "Dövlət Neft Fondunun İnstitusional İnkişafı Layihəsi üzrə 3-cü fazanın texniki yardımı üçün mallar və xidmətlərin dəyərinin maliyyələşdiriməsinə dair Qrant Sazişi"ni ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov və TİA-nın Avropa və Avrasiya ölkələri üzrə direktoru Skot Qrinit imzalayıb. Layihənin Overture Financial Services şirkəti tərəfindən həyata keçiriləcək üçüncü mərhələsində risklərin idarə edilməsi və ölçülməsi, treninqlərin təşkilini həyata keçirən şirkətin/sistemin seçilməsi üçün Neft Fonduna məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA