Məhkəmə-Hüquq Şurası daha üç hakimi cəzalandırdı

img

01-10-2009 [06:58]


Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Şuradan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd olunub ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi barədə dövlət başçısının tapşırıqlarına əsasən görülən tədbirlər ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərib, yol verilən bir çox nöqsanların qarşısı qətiyyətlə alınmış, şikayətlərin sayı azalıb. Bununla belə, bəzi hakimlər tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları hələ də davam etməkdədir. İclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Şahin Atakişiyevə, Binəqədi rayon Məhkəməsinin hakimi Rəsmiyyə Hüseynovaya və Gədəbəy rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynova töhmət verilib. Həmçinin Şurada qanunvericiliyin tələblərinin pozulması hallarına yol verdiyinə görə bir hakim barədə intizam icraatı başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA