istehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti son dörd ayda dükan sabiblərini 848 min manat cərimələyib

img

01-10-2009 [06:31]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, monitorinq zamanı Bakının Nizami rayonunda ?Fialka market?, ?TNT market?, Nərimanov rayonunda ?Azroşen? MMC-yə məxsus anbar, Yasamal rayonunda ?Ekspress market?, Nəsimi rayonunda ?Amin market?ə, Almaz Əliyevaya məxsus mağaza, ?İdeal? mağazasına, Sabunçu rayonunda ?Kamil market?də, Samux rayonunun Nəbiağalı qəsəbəsində Azər Nəsibova məxsus ərzaq malları mağazası, Xaçmaz rayonunun Qusarçay kəndində Şahin Pənahova və Ucar şəhərində Ceyhun Hacıyevə məxsus pərakəndə ticarət mağazalarında ümumi çəkisi 350 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları, eləcə də kosmetik vasitələr, ətirlər və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 10 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. Qeyd edək ki, ümumilikdə 2009-cu ilin mayın 17-dən etibarən aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 47 hüquqi şəxsə 181 min manat, 447 fiziki şəxsə 667 min manat cərimə tətbiq olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA