Bakıda Almaniya universitetlərinin Təhsil Yarmarkası keçirilib

img

01-10-2009 [05:27]


Məlum olduğu kimi, oktyabrın 1-3-də Bakıda Almaniya universitetlərinin Təhsil Yarmarkası keçiriləcək. Bu gün ?Kapellhaus? - Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində yarmarkanın açılış mərasimi təşkil olunub. Açılış mərasimində təhsil naziri Misir Mərdanov, Almaniya nümayəndəliyi, universitet rektorları və Almaniyada təhsil alan azərbaycanlı tələbələr iştirak edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, təhsil naziri Misir Mərdanov bugünkü açılışın Azərbaycanın təhsil həyatında çox mühüm hadisə olduğunu bildirib. Onun sözlərinə görə, bu gün Almaniyadan Azərbaycana 22 alman universitetini təmsil edən 30-dan çox qonaq gəlib: ?Bu, Azərbaycanın müstəqilliyi tarixində belə səviyyədə keçirilən ilk tədbirdir. Bu tədbir Təhsil Nazirliyi, Alman Akademik Mübadilə Təşkilatı, Azərbaycanın Almaniyadakı səfirliyi və Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmişdir. Konfransın işində qeyd etdiyimi kimi, Almaniya tərəfindən 22 universitetin, eləcədə Köln Tətbiqi Elmlər Universitetinin rektoru başda olmaqla tədbirimizdə iştirak edirlər. Bundan əlavə, konfransın əsas təşkilatçısı kimi Almaniya Akademik Mübadilə Təşkilatının regional rektoru və onun həmkarları iştirak edirlər?. Təhsil naziri onu da bildirib ki, bu gün Azərbaycanla-Almaniya arasında çoxtərəfli əlaqələr böyük sürətlə inkişaf etməkdədir: ?Nəzərinizə çatdırmaq istəyirəm ki, Almaniya Akademik Mübadilə Təşkilatının 1992-ci ildən bu günə qədər Azərbaycanda həyata keçirdiyi müxtəlif səviyyəli tədbirlərin nəticəsində 1000-dən çox azərbaycanlı vətəndaş Almaniyada müxtəlif təhsil alıb ölkəmizə qayıdıblar. Ölkə başçısı İlham Əliyev tərəfindən təsdiq olunmuş ?Xaricdə təhsil proqramı? çərçivəsində Almaniyada təhsil alanların sayı başqa ölkələrə nisbətən çox yüksəkdir. Ümid edirik ki, bu rəqəm daha da yüksələcəkdir. Konfransı keçirməkdə məqsədimiz Azərbaycan vətəndaşlarının Almaniya universitetlərini daha yaxından tanış etmək və əlaqələri möhkəmləndirməkdən ibarətdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA