Müxalifət liderlərindən hökumətin qiymət artımı siyasətinə sərt təpki

img

01-10-2009 [05:03]


Tarif Şurasının qərarı ilə metroda gediş haqlarının üç dəfə qaldırılması ciddi narazılığa səbəbə olub. Müxalifət partiyalarının liderləri də Tarif Şurasının bu qərarını qətiyyətlə pisləyir və bunun əhalinin yoxsul təbəqəsinin həyat şəraitini daha da pisləşdirəcəyini bəyan edirlər. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Tarif Şurasının bu qərarını pisləyərək, vəziyyətin ağırlığı şəraitində belə bir qərarın verilməsinin düzgün olmadığını bildirib: ?Xüsusiylə bu sahənin dövlətin nəzarəti altında olduğunu nəzərə alaraq, hökumət əhalinin aztəminatlı, o cümlədən sosial cəhətdən müdafiəsiz hissəsini bu şərtlərlə üz-üzə buraxmamalı idi. Bu, çox ciddi qüsurdur?. Qiymət artımı ilə bağlı etiraz aksiyalarının keçirilməsinə gəlincə, İ.Ağazadə deyib ki, aksiyalar keçirmək üçün optimal bir şərait olmalıdır: ?Məsələ ondadır ki, nə ictimai-siyasi vəziyyət, nə də müxalifətin və əhalinin yanaşması bu gün etiraz aksiyası keçirməyi gündəmə gətirmir. Amma hər halda sistemli siyasi mübarizəmizdə bu tipli addımların atılacağı da istisna deyil?. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da hökumətin bu addımını mənfi qiymətləndirib: ?Bu gün onsuz da ölkə vətəndaşlarının sosial-iqtisadi vəziyyəti ağırdır. Metrodan da əhalinin əsasən kasıb təbəqəsi istifadə edir. Bu qərarı verməklə hökumət əhalinin yoxsul təbəqəsinin marağına çox ciddi ziyan vurdu. Hökumətin bu qərarı pislənməyə layiqdir. Əmək haqlar artırılmadn, vətəndaşların həyat səviyyəsində hər hansı bir yüksəliş edilmədən qiymət artırmaq yanlışdır. Hesab edirəm ki, bu beynəlxalq krizin vətəndaşların hesabına kompensasiya etmək cəhdidir?. ADP sədri onu da vurğulayıb ki, prezident mütləq özü bu məsələyə müdaxilə etməlidir. Müsavat Partiyası Tarif Şurasının bu qərarını qətiyyətlə pisləyir, hakimiyyətdən xalqın ağır güzəranını nəzərə almağı və qiymətlərin əvvəlki vəziyyətə qaytarılmasını tələb edir: ?Bu qərar ölkə vətəndaşlarına, xüsusilə əhalinin aztəminatlı hissəsinin sosial durumuna ciddi zərbə olduğu üçün narazılıqla qarşılanıb. Sosial-iqtisadi durumun gündən-günə pisləşdiyi bir şəraitdə əhalinin, xüsusilə aztəminatlı hissəsinin ən çox istifadə etdiyi nəqliyyat növü olan metroda qiymətlərin birdən-birə 3 dəfə artırılması, rəsmi səviyyədə soyğunçuluq siyasətinin növbəti dalğasıdır. Tarif Şurasının bu qərarı əhalinin onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA