QAT ictimai-siyasi xadimlərlə müzakirəyə hazırlazır

img

01-10-2009 [04:07]


Qarabağ Azadlıq Təşkilatı (QAT) ictimai-siyasi xadimləri bir araya toplayaraq müzakirələr aparacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən təşkilatın sədri Akif Nağı məlumat verib. Onun sözlərinə görə, toplantı oktyabrın 8-də Azərbaycan Media Mərkəzində baş tutacaq: ?Azərbaycanın ictimai-siyasi qurumlarının rəhbərləri toplantıya dəvət olunacaq. Toplantı vaxt Türkiyə- Ermənistan sərhədlərinin açılmasına dair protokolun müzakirəsi və Kişnyov səfərinin ərəfəsi nəzərə alınaraq seçilib. Əsas istəyimiz bu ərəfədə ölkənin ictimai-siyasi qüvvələrinin mövqeyini nümayiş etdirməkdir?. A.Nağı deyib ki, eyni zamanda aksiya məsələsi də gündəmdədir: ?Kişniyovda konkret hansısa addımın atılmasını və Türkiyə parlamentində sərhəd məsələsinin müzakirəsini gözləyirik. Bundan sonra aksiyanın yeri və vaxtı müəyyənləşə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA